Modern.az

Azərbaycanda professor vəfat etdi 

Azərbaycanda professor vəfat etdi 

Aktual

28 İyul 2021, 11:15

Lənkəran Dövlət Universitetinin (LDU) Texnologiya və texniki fənlər kafedrasının dosenti, texnika elmləri namizədi Oqtay Mürsəliyev vəfat edib.

 

Modern.az xəbər verir ki, LDU-nun rektoru, professor Natiq İbrahimov başda olmaqla universitetin pedaqoji kollektivi, professor-müəllim heyəti O.Mürsəliyevin vəfatı ilə bağlı başsağlığı verib.

 

Qeyd edək ki, O.Mürsəliyev 1947-ci ildə anadan olub. O.Mürsəliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İstehsal proseslərinin avtomatlaşdırılması üzrə mühəndis elektromexanik” ixtisas üzrə təhsil alıb. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 60 elmi-metodik əsərin (bunlardan doqquzu elmi ixtira, on beşi dərs vəsaitidir) müəllifidir.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi