Modern.az

ÜST-dən həyəcanlı bəyanat: Yoluxma daha da artacaq  

ÜST-dən həyəcanlı bəyanat: Yoluxma daha da artacaq  

31 İyul 2021, 13:01

COVID-19 virusuna yoluxmaların və bu xəstəlikdən ölənlərin sayı günü-gündən artır. Bu da daha çox “delta” variantının sürətlə yayılması ilə bağlıdır.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

 

Onun sözlərinə görə, “Delta” ştammı artıq dünyanın 132 ölkəsində aşkarlanıb.

 

Baş direktor, həmçinin diqqətə çatdırıb ki, ötən həftə ÜST təxminən 4 milyon yeni yoluxma faktı qeydə alıb:

 

"Vəziyyət belə davam etsə, artıq yaxın iki həftə ərzində yoluxanların ümumi sayı 200 milyona çata bilər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər