Modern.az

İki qardaş yol qəzasında yaralandı

İki qardaş yol qəzasında yaralandı

31 İyul 2021, 19:55

Bakı-Qazax avtomobil yolunda iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az-ın məlumatına görə, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Ford” markalı kiçik tutumlu yük maşını “TIR” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Ford”un sürücüsü, Qəbələ rayon sakini 1994-cü il təvəllüdlü Vüsal Əlilli ağır, onun qardaşı isə yüngül xəsarət alıb.

 

Hər iki şəxs xəstəxanaya aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi