Modern.az

Bu gün İntizam komissiyası Eldəniz Səlimovun işinə baxacaq

Bu gün İntizam komissiyası Eldəniz Səlimovun işinə baxacaq

Parlament

2 Avqust 2021, 09:12

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasda deputat Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsi müzakirə olunacaq. Daha sonra məsələ plenar iclasa tövsiyə olunacaq.

 

Qeyd edək ki, sabaha Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Milli Məclisin sədri Sahibə Qafarova 53 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. 

 

Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

 

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

 

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

 

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?