Modern.az

Qusar və Xaçmazda yanğın oldu  

Qusar və Xaçmazda yanğın oldu  

Aktual

3 Avqust 2021, 14:00

Qusar rayonunun Hil kəndində ümumi sahəsi 124 kvadratmetr olan beş otaq və aynabənddən ibarət ikimərtəbəli evdə yanğın baş verib. Hadisə nəticəsində evin aynabəndi və dam örtüyü 70 kvadratmetr sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, daha bir yanğın hadisəsi Xaçmaz rayonunda baş verib. Rayonun Armudpadar kəndində ümumi sahəsi 200 kvadratmetr olan səkkizotaqlı ikimərtəbəli evin iki otağı, mətbəxi yanıb.

 

Hadisə nəticəsində evin dam örtüyünün 30 kvadratmetrlik hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

 

Hər iki hadisə zamanı evlərin qalan hissələri yanğından mühafizə olunub, alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır