Modern.az

Nazir korrupsiya ittihamı ilə həbs edildi

Nazir korrupsiya ittihamı ilə həbs edildi

Dünya

4 Avqust 2021, 07:44

Qətərin iqtisadiyyat naziri Əli Şərif Əl-Əmadi korrupsiya və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Qətərin rəsmi QNA agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, 2013-cü ildən nazir postunu tutan Əl-Əmadi Qətər Mərkəzi Bankı və “Qatar Airways” aviaşirkətinin idarə heyətlərinin sədridir. O, eyni zamanda, 300 milyard dollar vəsaitə malik olan Qətər İnvestisiya Fondunun rəhbərlərindən biridir.

 

Agentliyin məlumatında qətərli nazirin tezliklə məhkəməyə çıxarılacağı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır