2021-ci ilin ilk yarım ilində muxtar respublikada sahibkarlara 18 milyon 253 min manat kredit verilib.
Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, verilmiş kreditin 7 milyon 690 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 10 milyon 563 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.