Arxiv
11 Avqust 2021, 10:56 | HADİSƏ
Bakıda arvad ərini boğaraq öldürdü

Prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 9 may 2021-ci il tarixdə saat 22 radələrində 1952-ci il təvəllüdlü Axundov Rəşid Məhərrəm oğlunun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

 

Cinayət-proseesual qanunvericiliyə əsasən planlaşdırılaraq aparılmış istintaq tədbirləri ilə Rəşid Axundovun arvadı İsmayılova İnnesa Vladimirovna tərəfindən yaşadıqları mənzildə 09 may 2021-ci il tarixdə saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsinə, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib boğaraq mexaniki asfiksiya nəticəsində Rəşid Axundovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

10.08.2021-ci il tarixdə İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun da partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50