Modern.az

Prezident İlham Əliyev Abdulla Gülə zəng edib

Prezident İlham Əliyev Abdulla Gülə zəng edib

29 Oktyabr 2012, 19:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib. Modern.az xəbər verir ki, prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik edib, ona Prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, qardaş Türkiyə xalqına firavanlıq arzulayıbdır.

Abdullah Gül göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildiribdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da daim möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər