Modern.az

“Sərin” restoranının sahibi cəzalandırıldı

“Sərin” restoranının sahibi cəzalandırıldı

Hadisə

22 Avqust 2021, 12:30
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndində yerləşən “Sərin” restoranında karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.
 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a  verilən məlumata görə, aparılan yoxlama zamanı restoranda təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.

 

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Cavid Cumayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür