Türkiyənin Amasya bölgəsində yerləşən Merzifon 5-ci qırıcı aviasiya bazasında bir qrup pilota və hərbçiyə Azərbaycan Respublikasının medalları təqdim edilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinin bir neçə F-16 qırıcısı 44 günlük müharibə ərəfəsində Azərbaycanda olub. Qırıcılar müharibədən əvvəl birgə təlimlər üçün gətirilmiş, müharibənin başlamasından sonra potensial xarici təcavüz riskinə qarşı Azərbaycanda saxlanılmışdı.