Modern.az

Sabiq icra başçısı təcridxanada ÖLDÜ

Sabiq icra başçısı təcridxanada ÖLDÜ

Ölkə

8 Sentyabr 2021, 13:17

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.

 

Modern.az xəbər verir ki, "Axar.az"ın məlumatına görə, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb. Onun koronavirusdan vəfat etdiyi bildirilir.


Keçmiş icra başçısının sabah Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir. 


Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

19 dekabr 2019-cu il tarixində DTX tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər cinayətlərdə təqsirləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır