Modern.az

“Şuşada və Ağdamda möhtəşəm tədbirlərin şahidi olacağıq” - Nazir

“Şuşada və Ağdamda möhtəşəm tədbirlərin şahidi olacağıq” - Nazir

12 Sentyabr 2021, 22:41

Şuşada, Ağdamda orta məktəblərin tikintisi ilə bağlı işlər aparılır.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

 

Nazir qeyd edib ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə məktəblərin tikintisi ilə bağlı tapşırıqlar verib:

 

“Biz yaxın vaxtlarda, bəlkə də yaxın aylarda Şuşada və Ağdamda məktəblərin açılışı ilə möhtəşəm tədbirlərin şahidi ola bilərik. Çox sevindirici haldır ki, biz bu gün artıq Şuşada, Ağdamda məktəblərin tikintisi ilə bağlı planlardan danışırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi