Modern.az

ABŞ və Çin liderləri görüşəcək?

ABŞ və Çin liderləri görüşəcək?

Dünya

15 Sentyabr 2021, 22:25

ABŞ və Çin rəsmiləri Prezident Co Bayden və həmkarı Si Cinpin arasındakı təmasların formatını müzakirə etməyə davam edir, bununla bağlı hələlik heç bir qərar yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Yen Psaki danışıb.

 

O, Baydenin Çin Prezidenti ilə görüşməsindən imtina etməsi barədə xəbərləri təkzib edib.

 

“Daha əvvəl də qeyd etdiyimiz kimi, prezidentlər arasında yüksək səviyyəli ünsiyyətin saxlanılması ilə bağlı müzakirlər aparılıb”, - deyə Psaki bildirib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi