Modern.az

Paytaxt sakinini avtomobil vurdu

Paytaxt sakinini avtomobil vurdu

Aktual

19 Sentyabr 2021, 11:22

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-a daxil olan məlumata görə, hadisə Səbail rayonunda qeydə alınıb.

 

Üzeyir Hacıbəyli küçəsində yolu keçən 1985-ci il təvəllüdlü Həşimov Mircəlal Zahid oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır