Modern.az

“Neftçi” “Keşlə”ni darmadağın etdi

“Neftçi” “Keşlə”ni darmadağın etdi

19 Sentyabr 2021, 20:33

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, ikinci oyun günündə son çempion “Neftçi” autsayder “Keşlə”ni qəbul edib.

 

“Bakcell Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbədən sonra xallarını 7-yə çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. Xalı olmayan “Keşlə” isə sonuncudur.

 

Qeyd edək ki, IV turun ilk iki oyununda “Qəbələ” evdə “Səbail”i 5 cavabsız qolla məğlub edib, “Zirə” isə “Sabah”la 1:1 hesablı heç-heçəyə razılaşıb. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ” - “Səbail” matçı ilə yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı