Arxiv
21 Sentyabr 2021, 11:02 | MEDİA
Mətbuat katibləri - Jurnalistlər Pərviz Abubəkirovun işindən razıdırlar? – YENİ RUBRİKA

Modern.az saytı yeni rubrikaya start verir. “Mətbuat katibləri” adlı rubrika çərçivəsində jurnalist həmkarlarımız məlumat əldə etmək üçün tez-tez müraciət etdikləri, sorğu göndərdikləri nazirliklərin, komitələrin və digər dövlət qurumlarının sözçülərinin fəaliyyətinə obyektiv qiymət verəcəklər.

 

Qələm əhli tərif və tənqidlərlə yanaşı mətbuat katiblərinə öz təkliflərini də ünvanlaya biləcək. Biz isə sonda jurnalistikanın etik qaydalarına uyğun olaraq haqqında bəhs olunan şəxslərin cavabını işıqlandıracağıq.

 

İnanırıq ki, yeni rubrika oxucularımız və mətbuat katibləri üçün maraqlı olacaq…

 

Son günlər Azərbaycanda tibb sahəsi aktual müzakirə mövzusu olduğundan rubrikamıza Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovdan başlamağa qərar verdik.

 

Yəqin ki, Pərviz Abubəkirovu çoxunuz tanıyırsınız. O, nazirlikdə vəzifəyə təyin olunmazdan əvvəl uzun illər televiziyada çalışıb.

 

Vaxtilə Rusiyanın Tolyatti şəhərində yaşayan P.Abubəkirov Bakıya döndükdən sonra kriminal verilişlərində işə başlayıb. Əvvəllər ANS TV-də “Cinayət işi”, daha sonra İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı kimi tamaşaçıların qarşısına çıxıb.

 

Tanınmış telejurnalist 2018-ci ildə Səhiyyə Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunub.

 

 

KİV nümayəndələri Pərviz Abubəkirovla necə işləyirlər? Onun fəaliyyətindən razıdırlarmı?

 

Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Əli:

 

“Pərviz Abubəkirovun özü ilə az hallarda əlaqə saxlaya bilirəm. Suallarımı əsasən mətbuat xidmətinin əməkdaşları Elvin Hacıyev və Günay Quluzadə cavablandırır. Hətta sual onlara deyil, başqa quruma aid olduqda belə Elvin müəllim mənə yardım edir. Pərviz müəllim jurnalistlərlə az kontaktda olsa da, rəhbərlik etdiyi şöbənin əməkdaşları lazımi səviyyədə jurnalistlərin sorğularını cavablandırır”.

 

APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı:

 

Nazirlikdən məlumat almaq istəyəndə daha çox Elvin Hacıyevlə əlaqə saxlayıram və suallarıma cavab alıram”.

 

Azvision.az xəbər saytının əməkdaşı Aytən Zəhra:

 

“Pərviz Abubəkirov Səhiyyə Nazirliyinə ilk təyin olunan vaxtı onunla əlaqə saxlamaq mümkün olsa da, sonradan suallarımıza cavab ala bilmirdik. Səhiyyə Nazirliyi ilə bağlı bütün suallarımıza yalnız Elvin Hacıyev vasitəsilə cavab alırıq. O, bütün suallarımızı cavablandırmağa çalışır”.

 

Qafqazinfo.az saytının əməkdaşı Gülnar Əliyeva:

 

“Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə qısa müddətdir işləyirəm və indiyə qədər heç bir problem olmayıb”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Afaq Mirayiq:

 

“Mən sorğularımı Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə yönləndirirəm. Demək olar ki, suallarımın hamısı cavablandırılır. O baxımdan fərqi yoxdur, Pərviz Abubəkirov, yaxud bir başqası cavablandırsın. Əsas odur ki, işlədiyim mövzulara lazım olan cavabları alıram, suallarım cavabsız qalmır”. 

 

 

  

Nazirliyin mətbuat xidmətinin fəaliyyəti ilə əlaqədar hansı iradlar var?

 

 Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Əli:

 

“Qeyd etdiyim kimi, nazirlikdən məlumat almaq istəyəndə daha çox Elvin müəllimlə əlaqə saxlayıram və suallarıma cavab alıram. Pərviz Abubəkirovun iş yükünün hansı dərəcədə olduğunu bilmirəm. Ola bilər ki, iş yükü çox olduğundan və ya hansısa səbəbdən jurnalistlərlə tez-tez kontaktda ola bilmir. Amma bütün hallarda Pərviz Abubəkirovun jurnalistlərə açıq olması vacibdir”.

 

APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı:

 

“Pərviz müəllimdən şikayətim yoxdur, onunla bir neçə dəfə Səhiyyə Nazirliyinin təşkil etdiyi səfərlərdə olmuşam, mehriban insandır”.

 

Azvision.az xəbər saytının əməkdaşı Aytən Zəhra:

 

“Çox istərdim ki, media ilə yaxından işləsin. Bəzən özü agentliklərə açıqlama verir, amma saytlara danışdığını görməmişəm”.

 

Qafqazinfo.az saytının əməkdaşı Gülnar Əliyeva:

 

“Düzdür, Pərviz Abubəkirovla yox, mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyevlə işləyirəm. İndiyə kimi olmayıb ki, yazılı və ya şifahi verdiyim sorğuya cavab verməsin”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Afaq Mirayiq:

 

“Heç bir iradım yoxdur. Ümumiyyətlə, son dövrlər bu nazirliyin ictimaiyyətlə əlaqələr sektorunda fəallıq hiss edirəm. Səhv etmirəmsə, yeni əməkdaşlar cəlb olunub. Tez-tez nazirliyin səlahiyyətli nümayəndələri ilə müsahibələr, informativ yazılar hazırlanır, mediaya ötürülür. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən narazılığım yoxdur”.

 

 

 

Əməkdaşlığı genişləndirmək üçün təkliflər nədən ibarətdir?

 

Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Əli:

 

“Jurnalist kimi təklifim yalnız jurnalistlərlə sıx əməkdaşlıqdır. Xidmət əməkdaşları jurnalistlərlə kifayət qədər normal işləsə də, mətbuat xidmətinin rəhbəri kimi Pərviz Abubəkirovun da jurnalistlərlə sıx əməkdaşlığı arzuolunandır”.

 

APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı:

 

“Ümumilikdə, Pərviz müəllimin jurnalistlərlə daha sıx əlaqədə olmasını istəyərdim”.

 

Azvision.az xəbər saytının əməkdaşı Aytən Zəhra:

 

“Mənim üçün vacib olan sualımın cabanlandırılmasıdır. Əgər suala cavab verilirsə, kimin cavab verməsinin önəmi yoxdur. Əgər Səhiyyə Nazirliyinin rəsmi mövqeyini mətbuat xidmətindəki əməkdaşları çatdırırsa, demək cavab alıram”.

 

Qafqazinfo.az saytının əməkdaşı Gülnar Əliyeva:

 

“Sözün düzü, bütün sorğularımı operativ cavablandırırlar”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Afaq Mirayiq:

 

“Hər hansı təklifim yoxdur”.

 

CAVAB HAQQI

 

Beləliklə, jurnalistlər Səhiyyə Nazirliyinin mətbuat katibinin fəaliyyətinə özlərinə məxsus şəkildə qiymət verdilər, təklif və iradlarını səsləndirdilər.

 

Bəs, P.Abubəkirovun haqqında deyilən fikirlərə münasibəti necədir?

 

Bu suala cavab almaq üçün onun özü ilə əlaqə saxlamağa çalışsaq da alınmadı...

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Facebook" adını dəyişir 20 Oktyabr 2021, 07:47 "Facebook" adını dəyişir 20 Oktyabr 2021, 07:47 "Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16