Modern.az

Türkiyədə 228 nəfər virusdan ölüb

Türkiyədə 228 nəfər virusdan ölüb

Dünya

26 Sentyabr 2021, 22:28

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 228 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 341 221 nəfərdən test götürülüb, onların 25 861-nin testi pozitiv nəticə verib, 24 875 nəfər sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 86.10%-nə bir doza, 70,18%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı