Modern.az

Şəhidlərimiz Kölndəki Azərbaycan Evində də anıldı

Şəhidlərimiz Kölndəki Azərbaycan Evində də anıldı

27 Sentyabr 2021, 18:08

Xaricdə yaşayan soydaşlarımızın övladlarının 27 sentyabr – Anım Günü ilə bağlı məlumatlandırılması davam edir.

 

Modern.az xəbər verir ki, xalqımızın önəmli tarixinə həsr olunmuş belə dərslərdən biri Köln şəhərindəki Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və tarixi kurslarında keçirilib. Kursların müəllimi Mehman Kərimov 27 sentyabr hadisələrinə aparan yol, 44 günlük Vətən müharibəsi zamanı 30 illik erməni işğalına son qoyulduğu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsi yazdığı barədə ətraflı məlumat verib.

 

Xalqımızın, dünya azərbaycanlılarının və Türk Dünyasının qəhrəman şəhidlərimizlə fəxr etdikləri, onların fədakarlıqlarının unudulmayacağı və Anım Gününün də bu şərəfli məqsədə xidmət etdiyi vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı