Modern.az

Sumqayıtda avtobuslar kart sisteminə keçib

Sumqayıtda avtobuslar kart sisteminə keçib

28 Sentyabr 2021, 15:20

Bu gündən etibarən Sumqayıtda fəaliyyət göstərən avtobuslar kart sisteminə keçib.

 

Bu barədə Modern.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib.

 

Onun sözlərinə görə, 206 sərnişin avtobusunun hər birinə xüsusi ödəniş terminalları quraşdırılıb.

 

"Bu gündən etibarən sərnişinlər avtobuslarda ödənişi kart sistemi vasitəsilə həyata keçirir. Onu da qeyd edim ki, sərnişinlər gediş haqqını istənilən təmassız bank kartları və NFC texnologiyasını dəstəkləyən cihazlar vasitəsi ilə də ödəyə bilərlər. Bank kartları olmayan sərnişinlər isə Visa Nəqliyyat kartlarından istifadə edə bilərlər. Həmin kartları avtobus sürücülərindən əldə etmək olar. Kartın balansını isə ödəmə terminalları vasitəsilə artırmaq mümkündür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır