Arxiv
28 Sentyabr 2021, 16:10 |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda deyilir:

 

“Bu gün biz Azərbaycan tarixinin şanlı səhifəsinə qürurla şahidlik edirik. Düz bir il öncə Azərbaycan xalqı böyük birlik nümayiş etdirərərək müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində 30 il düşmən tapdağı altında olan əraziləri işğaldan azad etdi, suveren hüquqlarını, tarixi ədaləti bərpa etdi.

 

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir müddətdə - əzəli Azərbaycan torpağlarına köçürüldükləri vaxtdan başlayır. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min, 1988-ci ildən isə daha 250 min azərbaycanlı qovulmuşdur.

 

Qarabağ münaqişəsi isə Azərbaycan kəndlərinin, şəhərlərinin dağıdılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Törədilmiş bu vəhşiliklər erməni faşizminin əsl simasıdır. Xocalı soyqırımı isə öz ağlasığmaz qəddarlığı ilə bütün bəşəriyyətə qarşı cinayətdir.

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu bütün bu müddətdə ikili yanaşma nümayiş etdirərək məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qalmış və icra olunmamışdır.

 

Azərbaycanın sadiq qaldığı danışıqlar prosesini Ermənistan tərəfi müxtəlif bəhanələrlə əngəlləmiş, müxtəlif təxribatlar törədərək işğal siyasətini davam etdirməyə çalışmışdır. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribata cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

 

Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində böyük qəhrəmanlıqlar göstərərək ölkənin ərazi bütövlüyünü,  beynəlxalq hüququ bərpa etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına qazanılmış Azərbaycanın şanlı qələbəsinə bütün dünya şahidlik etdi.

 

Bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu münasibətlə Azərbaycan xalqı milli həmrəylik nümayiş etdirərək yenilməz Bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalandırmış, bu yolda canından keçmiş, xalqımıza böyük Zəfərin sevincini yaşatmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir. Onların Vətənimiz uğrunda göstərdiyi qəhrəmanlıqlar heç vaxt unudulmayacaq və əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

 

İşğal vaxtı mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmış, bütün binaları, tarixi-mədəni abidələri sökmüş və talamışdır. Vətən müharibəsi dövründə də Ermənistan təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmiş, Azərbaycan şəhərlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutmuşdur. Nəticədə 100-ə yaxın mülki şəxs həlak olmuş, 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmışdır.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi hesab edir ki, törətdiyi bütün cinayətlərə görə Ermənistan mütləq beynəlxalq müstəvidə cavab verməlidir.

 

Həmçinin basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid yaradır. Mina xəritələrinin tam şəkildə Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətinin növbəti sübutudur. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.

 

Bildiririk ki, Azərbaycanın apardığı konstruktiv siyasət nəticəsində artıq regionda yeni reallıqlar hakimdir. Bu reallıqlar bütövlükdə regionda sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı əməkdaşlığa hesablanıb və Ermənistanın bununla barışması onların özü üçün də çox vacibdir. Ermənistan üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirməli, təxribatlardan çəkinməli, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın çağırışlarına cavab verməlidir”.

 

AHİK-in üzv təşkilatları

 

  • Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
  • “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası
  • “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası
  • “Metal-iş” Həmkarlar İttifaqı Federasiyası
  • Aviasiya İşçiləri Həmkarlar İttifaqı 
  • Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
  • Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı 
  • “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
  • Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı 
  • Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı 
  • Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı 
  • Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı 
  • Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
  • Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı 
  • Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
  • “İnşaat-İş”  Həmkarlar İttifaqı
  • Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı 
  • Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı 
  • Metropoliten İşçiləri Həmkarlar İttifaqı 
  • Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı 
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı 
  • Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı 
  • Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 
  • Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı 
  • Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
  • Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
  • Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı 
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Türkiyədə terror aktının qarşısı ALINDI 4 Dekabr 2021, 21:55 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Dekabr 2021, 21:48 “Telegram”ın işində nasazlıq 4 Dekabr 2021, 21:33 Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28
    SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?