Modern.az

Əhməd Davudoğlu “Prezidenti təhqir” ittihamı ilə ifadə verdi

Əhməd Davudoğlu “Prezidenti təhqir” ittihamı ilə ifadə verdi

Ölkə

7 Sentyabr 2026, 17:54

Türkiyənin ləğv edilmiş Gələcək Partiyasının keçmiş sədri Əhməd Davudoğlu “Prezidenti təhqir etmək” ittihamı ilə aparılan istintaq çərçivəsində ifadə verib.

Modern.az CNN Türk-ə istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu Davudoğlunun sosial şəbəkə paylaşımları ilə bağlı xidməti qaydada araşdırmaya başlayıb.

Şübhəli şəxs qismində Ankara Ədliyyəsinə çağırılan keçmiş baş nazir istintaq prokuroruna ifadə verib.

Davudoğlu məhkəmə binasından çıxarkən bildirib ki, hüquq-mühafizə orqanlarına hörmət etdiyi üçün çağırışa əməl edib:

“Heç kimin məhkəmə hakimiyyətindən üstün olmadığına inandığım üçün Türkiyə Respublikasının vətəndaşı kimi ifadə verdim. Lakin bu ölkəyə xarici işlər naziri və baş nazir kimi xidmət etmiş dövlət adamı olaraq belə bir münasibətlə ilk dəfə qarşılaşmağımı təəssüflə qarşılayıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib