Arxiv
8 Oktyabr 2021, 17:20 | MEDİA
Nobel mükafatçısı Azərbaycan bayrağı fonunda və ya DƏLİYƏ DÖNƏN ERMƏNİLƏR

Nobel sülh mükafatı və Rusiya… Qəribə səslənmirmi sizcə – Sülh mükafatı və Rusiya?...


"Novaya qazeta”nın (“Новая газета") Baş redaktoru Dmitri Muratovun Nobel Sülh Mükafatına layiq görülməsi Moskvada böyük rezonansa səbəb oldumu?


Mükafatın elan edilməsindən keçən 2 saat ərzindəki rezonansa , görə bildiyim tablo belədir:


– Kreml təmkinli və hətta soyuqdu;


– Müxalifət sevinc içindədi;


– Xalqa isə "nə isti, nə soyuqdu", hətta vecinə belə deyil.


Ancaq Muratovun mükafatla bağlı "bu mənim xidmətim deyil. "Novaya qazeta”nın xidmətidir. İnsanların söz azadlığı hüququnu qoruyan, bu yolda öldürülənlərin... xidmətidir...." deməsi Nobel mükafatının rusiyalı qəzetçiyə verilməsindən daha böyük əks-sədaya səbəb oldu...


Yuri Şekoçixindən Anna Politkovskiyə, Baburovadan Markelova qədər onlarla öldürülən, döyülən, işgəncə görən bütün rus jurnalistlərinindir bu Nobel mükafatı – bu fikrə qatılmamaq mümkün deyil.


Təəssüf ki, Nobel mükafatı şəxsə ölümündən sonra verilmir, onu ancaq həyatda ikən verirlalmaq olar. Yoxsa Rusiya mətbuatında bu mükafata zənnimcə, ən çox layiq olan Anna Politkovskaya idi.


Yenə də Nobel Komitəsinin bu qərarını doğru bilir və gələcəyə, Rus cəmiyyətinin sabahına "avans" olaraq verildiyi qənaətindəyəm...

Yeri gəlmişkən, "Novaya qazeta”nın və onun Baş redaktoru Dmitri Muratovun bu gün Nobel Sülh Mükafatına layiq görülməsi erməniləri çılğına döndərib.


Tiqranoidlər və onların mediası dəli olub. Bayrağımızın fonuna Muratovun şəklini montaj edən “İnfoteka24” və “Bagramyan26” adlı Telegram kanalı yanır, alışır, “İşğalçını (Azərbaycanı - İ.N.) müdafiə edənə Nobel Sülh Mükafatının verilməsi”ni dünyanın başına hava gəlib kimi təqdim edirlər.


Ermənilərə görə “işğalçını” müdafiə edən qəzet Sülh carçısı ola bilməz. Ax zavallı tiqranoidlər, ax beyinsizlər…


Ermənilərin belə sərt reaksiyası anlaşılandır. Çünki 44 günlük müharibə zamanı Novaya qazeta”nın müxbiri İlya Azarın akkreditasiyası Ermənistan XİN tərəfindən ləğv edilmişdi. Bu hadisə təsadüfdürmü? Düz bir il əvvəl - 8 oktyabrda baş vermişdi. Bir il sonra bu gün isə İlya Azarın Baş redaktoru dünyanın ən prestijli mükafatını aldı.


Bu önəmli olaylar haqda həm 7, həm də 8 oktyabr tarixli Facebook paylaşımlarımda yazmış, izləyicilərimin diqqətini bu qəzetin fəaliyyətinə çəkmişdim. Yadıma düşdü ki, keçən il bu vaxtlar Muratovun rəhbərlik etdiyi qəzet Azərbaycanın apardığı Vətən muharibəsi haqda olduqca obyektiv materiallar dərc edir, ermənipərəst Rusiya mediasının içində seçilirdi. Nəhayət ki, bizim də haqq səsimizi yayan, acılarımızı paylaşan bir rus mətbu orqanı çıxmışdı…


O günləri xatırlayanda, Dmitri Muratovun özünə, qəzetinə və qələminə qoyduğu hörməti diqqətə alanda ermənilərin özlərindən çıxmasını, yanıb-tökülmələrini anlamaq heç də çətin deyil. Baxın, görün “Bagramyan26” necə bitirir Muratov əleyhinə yazdığı yazını:


“…решение присудить премию мира редактору газеты, вставшей на сторону агрессора и войны, можно расценивать как пощечину справедливости. Газета, позиционирующая себя как правозащитная, попросту игнорирует право арцахцев на самоопределение и получает за это вознаграждение. Очевидно, что миру нужно пересмотреть свои ценности”...


Fürsətdən istifadə edib Nobel mükafatı laureatı Dmitri Muratovu ürəkdən təbrik edirəm.


Gəlin hamılıqla “Novaya qazeta”ya yazaraq və Baş redaktoruna göz aydınlığı verək, uğurlar arzu edək, sevinclərinə şərik olaq.



İbrahim Nəbioğlu,
İstanbul

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
20 yaşlı polis VƏFAT ETDİ 30 Noyabr 2021, 00:09 Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32 Gənclər və idman nazirinin yeni müavini - DOSYE 29 Noyabr 2021, 17:26
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?