Modern.az

İrəvanda ATIŞMA

İrəvanda ATIŞMA

Aktual

17 Oktyabr 2021, 13:36

Bu gün, oktyabrın 17 -də İrəvanda atışma səsləri eşidilirdi.

 

Modern.az-ın məlumatına görə, bu barədə "shamshyan.com" xəbər yayıb.

 

Təxminən saat 01:30 radələrində İrəvan Bələdiyyə Daxili İşlər İdarəsinin Cinayət Axtarış Şöbəsinə şəhərdə atəş səslərinin eşidildiyi barədə əməliyyat məlumatı daxil olub.

 

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları şəhəri araşdırdıqdan sonra güllə izləri olan "Mercedes" markalı avtomobil aşkar ediblər.

 

Oyun zalının giriş qapısında və binanın içərisində də güllə izləri tapılıb.

 

Müəyyən edilib ki, atəşi İrəvan sakini, 43 yaşlı Suren Qriqoryan açıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Qriqoryan saxlanılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı