Modern.az

Vətən müharibəsinin xronikası - Azərbaycan bayrağı Zəngilan şəhərində sancılıb

Vətən müharibəsinin xronikası - Azərbaycan bayrağı Zəngilan şəhərində sancılıb

Aktual

20 Oktyabr 2021, 07:17

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az Vətən müharibəsinin xronikasını təqdim edir.

 

- Prezident İlham Əliyev xalqa müraciət edib.

 

- Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və 24 kəndin işğaldan azad olunduğunu bildirib.

 

- Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib.

 

- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə bağlı paylaşım edib.

 

- Azərbaycan Bayrağı Zəngilan şəhərinə sancılıb.

 

- Düşmənin zirehli texnikaları məhv edilməsinin videogörüntülərini yayılıb. Düşmənin məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Ermənistan muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib.

 

- Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub, 2 mülki şəxs həlak olub.

 

- Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilməsinin videogörüntüləri yayılıb.

 

- Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.

 

- Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilməsinin videogörüntüləri yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır