Modern.az

Türkiyə daha 6 terrorçunu zərərsizləşdirdi

Türkiyə daha 6 terrorçunu zərərsizləşdirdi

22 Oktyabr 2021, 19:43

Türkiyə Silahlı Qüvvələri "Barış Pinarı" əməliyyat zonasında PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib.

 

Xüsusi dinləmələr nəticəsində onların əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyənləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi