Modern.az

Ukrayna Moldovaya qaz tədarük edəcək

Ukrayna Moldovaya qaz tədarük edəcək

Dünya

22 Oktyabr 2021, 21:04

Enerji böhranı ilə üzləşən Moldova qaz tədarükü üçün Ukraynadan kömək istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.

 

O, Ukraynanın Moldovaya yardım göstərəcəyini bildirib.

 

Qeyd edək ki, Moldova parlamenti dünyada enerji qiymətlərinin artması fonunda qaz çatışmazlığı ilə əlaqədar hökumət tərəfindən noyabrın 20-dək fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini təsdiqləyib.

 

Moldovanın “Qazprom”la müqaviləsi sentyabrın sonunda başa çatıb. Hökumət müqavilənin uzadılmasını tələb etsə də, 1000 kubmetrin qiymətini 790 dollardan almağa razılaşmayıb.

 

51%-i “Qazprom”a məxsus olan “Moldova Gas” şirkəti tələb olunan qaz həcmini təmin etməyib və ölkə qazı başqa mənbələrdən almaq məcburiyyətində qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir