Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 436 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.
Modern.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 692 240, ölənlərin sayı isə 9 742 nəfərə çatıb. Virusa yoluxanlardan 630 961 nəfərin sağaldığı bildirilir.