Modern.az

Eks-spikerden Saakaşviliyə DƏSTƏK

Eks-spikerden Saakaşviliyə DƏSTƏK

Aktual

24 Oktyabr 2021, 14:20

“Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze "Vahid Milli Hərəkat" Partiyasının aksiyasına qatılıb.

 

Modern.az xəbər verir ki, aksiyada Gürcüstan parlamentinin keçmiş spikeri N.Burcanadze Saakaşvilinin azadlığını və 30 oktyabrda keçiriləcək seçkilərin ikinci turunda "VMH"nı dəstəklədiyini nümayiş etdirib.

 

O, deyib ki, keçmişdəkiləri yada salmaq vaxtı deyil, indi mübarizə vaxtıdır:

 

"İndi mübahisə və keçmişdəki təhqirləri yada salmaq vaxtı deyil. İndi düzü əyridən ayırmaq vaxtıdır. İndi birlik və birləşmək çağıdır”, - deyə Burcanazde çıxışında bildirib.

 

O bildirib ki, müxalifətin bütün aksiyalarında iştirak edəcək və "VMH"nın namizədlərini dəstəkləyəcək.

 

Qeyd edək ki, Burcanadze 2003-cü ildə Saakaşvilinin komandasında olub. O, eks-prezidentdən 2008-ci ildə fikir ayrılığına görə ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir