Modern.az

“Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi

“Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi

24 Oktyabr 2021, 22:08

Bu gün İngiltərə Premyer Liqasında IX tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun son matçında “Mançester Yunayted”lə “Liverpul” üz-üzə gəlib.

 

“Old Trafford”da baş tutan matçda “Liverpul” rəqibini darmadağın edib. Misirli hücumçu Məhəmməd Salah38, 45+5 və 50-ci dəqiqədə fərqlənərək het-trikə imza atıb. “Qırmızılar”ın heyətində digər qolların müəllifi Nabi Keyta (5) və Dioqo Jota (13) olub.

 

Bu nəticədən sonra “Liverpul” 21 xalla ikinci pillədə qərarlaşırsa, 14 xalda qalan “Mançester Yunayted” 7-ci yerə düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi