Modern.az

AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ

AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ

24 Oktyabr 2021, 22:58

Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) vəfat edib.

 

AMEA Folklor İnstitutundan Modern.az-a verilən məlumata görə, o, 66 yaşında dünyasını dəyişib.

 

Nizami Murad oğlu Məmmədov 1955-ci il aprel ayının 2-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində anadan olub. 1972-1976-cı illərdə akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.

 

1976-cı ilin oktyabr ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olub.

 

1978-1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987-1994-cü illərdə təhsil sahəsində çalışıb.

 

1994-cü ilin may ayından 1996-cı ilin noyabrınadək Ordubad rayon icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək icra başçısı vəzifəsində işləyib.

 

N.Muradoğlu (Məmmədov) 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul edilib. 2013-cü ildə “Məmməd Araz yaradıcılığında folklor motivləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

 

2016-cı ildə folklorşünaslıq ixtisası üzrə dosent elmi adını alıb.

 

2019-cu ildə “Müstəqillik dövrü Azərbaycan şeiri və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

 

2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi kimi fəaliyyət göstərən Nizami Muradoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, 20 kitab, 100-dən artıq elmi məqalə müəllifi olub.

 

N.Muradoğlu “Qızıl qələm”, “Vətən-media”, “Həsən bəy Zərdabi” mükafatları laureatı idi.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...