Arxiv
26 Oktyabr 2021, 10:16 | ANALİTİKA
Ərdoğanın ikinci Qarabağ səfəri və iki strateji hədəf - TƏHLİL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Füzuliyə gəlir: onun ikinci Qarabağ səfərinin iki ana hədəfi var.


Birinci hədəf – Türkiyə Şuşa Bəyannaməsi çərçivəsində Qarabağda ilk praktiki mesajı verir.


- Ərdoğanın Qarabağa ilk səfərində (15 iyun) müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı və bəyannamə Türkiyənin Naxçıvanın qarantı olduğu kimi, Qarabağın da qarantı - bölgədə Azərbaycanın təhlükəsizliyinin zamini olması idi;


- Şuşa Bəyannaməsinin regionda güc balansını dəyişməsinin ardınca İlham Əliyev 7 iyul Fərmanı ilə Qarabağ iqtisadi rayonunu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) yaratdı: bu, ermənilərin yaşadığı ərazilərin Azərbaycan suverenliyi tərkibində gələcəyini müəyyənləşdirən qərardır;


- Türkiyə lideri Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonuna ilk səfəri ilə bu ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin alternativi olmadığını və bu prosesdə Ankaranın Bakının yanında olduğunu nümayiş etdirir: mümkün sülh sazişi masasının qurulmasından öncə bu addım Bakının əlini gücləndirəcək məqamdır, eyni zamanda, təkcə bölgədə sülhməramlı kontingentə sahib olan Rusiya üçün yox, həm də “status” məsələsini diriltmək istəyən bütün tərəflərə mesajdır.


İkinci hədəf – nəqliyyat dəhlizləri uğrunda mübarizə.


Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir. Zəngəzur dəhlizi açıldıqdan sonra:

  • 1. Yüklər hava limanına daha rahat şəkildə gətirilə və dəhliz vasitəsilə Türkiyəyə, o cümlədən, əks-marşrut üzrə daşına biləcək;

  • 2. Zəngəzur dəhlizi Avropa və Asiyanı əhatə edən “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzrə əhəmiyyətli marşrutdur: dəhlizin açılması Ankara və Bakının təkcə regionda yox, Avrasiyakı geosiyasi dəyişiklikdə əlini gücləndirəcək; Və Füzuli hava limanının istifadəyə verilməsi Orta Dəhlizdə Bakı və Ankaranın həyata keçirdiyi vacib “ev tapşırığı” hesab oluna bilər; Ərdoğanın birbaşa təyyarə ilə hava limanına enişi bunun praktiki nümayişidir;

  • 3. Ərdoğan və Əliyev Orta Dəhliz üzərində vacib “ev tapşırığı”nın icrası ilə Zəngəzur dəhlizinin reallaşmasında beynəlxalq mövqelərini də gücləndirir: səfərin Soçidə Ərdoğan-Putin görüşündən sonra olması da təsadüfi deyil;

  • 4. Və Türkiyə liderinin birbaşa Füzuliyə - hava limanına gəlişi İrana sərhəddən verilən açıq mesaj xarakteri daşıyır:

  • - Tehranın Zəngəzur dəhlizinin qarşısını almaq istəyinə və alternativ layihələrinə imkan verilməyəcək;

    - Azərbaycana qarşı təhdid Türkiyəyə qarşı təhdiddir.

    Türkiyə liderinin təyyarə ilə Füzuliyə gəlişi dünyaya müharibənin başa çatdığı reallığını göstərilməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətlidir.

    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05 Aİ rəsmisindən helikopter qəzası ilə bağlı açıqlama 30 Noyabr 2021, 23:52 Zığdakı yanğın söndürüldü 30 Noyabr 2021, 23:32 İtaliyadan başsağlığı 30 Noyabr 2021, 23:13 İran silkələndi 30 Noyabr 2021, 22:59 BMT rəsmisindən başsağlığı 30 Noyabr 2021, 22:38 Ali təhsildə yeni ƏMƏKDAŞLIQ 30 Noyabr 2021, 22:15 Soçi bəyanatında Azərbaycanın MÖVQEYİ 30 Noyabr 2021, 22:13 Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI 30 Noyabr 2021, 21:57 Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi 30 Noyabr 2021, 21:51 Təqvimlərin savaşı: Noyabr qalibiyyət ayıdır – məğlubiyyət zənciri qırıldı 30 Noyabr 2021, 21:39 ABŞ Yunanıstana hərbi maşınlar verdi 30 Noyabr 2021, 21:33 Britaniyanın Baş qərargah rəisi istefa verdi 30 Noyabr 2021, 21:14 Qadın futbolçularımızdan ilk qələbə 30 Noyabr 2021, 20:54 "Qardaşlarımızın başı sağ olsun" - Akşener 30 Noyabr 2021, 20:31 Fələstin başsağlığı verdi 30 Noyabr 2021, 20:16 Fransa səfirindən başsağlığı 30 Noyabr 2021, 20:06 Jurnalistikanı çirkablara buraxmayaq 30 Noyabr 2021, 20:01 Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB 30 Noyabr 2021, 19:53 Kəşfiyyat haqqında qanuna DƏYİŞİKLİK 30 Noyabr 2021, 19:52 Britaniya səfirindən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:49 Elçin Quliyev: "Helikopter demək olar yenidir" 30 Noyabr 2021, 19:46 Prezident və birinci xanımdan şəhid hərbçilərin dəfni ilə bağlı TAPŞIRIQ 30 Noyabr 2021, 19:45 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ 30 Noyabr 2021, 19:41 Qəzada həlak olanlara şəhid statusu VERİLƏCƏK     30 Noyabr 2021, 19:34 "Yaralıların vəziyyəti normaldır" 30 Noyabr 2021, 19:28 Naxçıvanda döyüş atışlı taktiki təlimlər 30 Noyabr 2021, 19:27 Helikopter qəzası ilə bağlı şahidlər dindirilib 30 Noyabr 2021, 19:19 Helikopter qəzası ilə bağlı brifinq keçirildi - VİDEO 30 Noyabr 2021, 19:18 Siyasi müstəvidə növbəti ZƏFƏR 30 Noyabr 2021, 19:10 Türkiyəli nazirdən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:04 Hüquq müdafiəçiləri Saleh Rüstəmliyə baş çəkiblər 30 Noyabr 2021, 19:02
    SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?