Modern.az

Paşinyanın partiyası geriləyir: təkbaşına hökumət qura bilməyəcək - Yeni SORĞU

Paşinyanın partiyası geriləyir: təkbaşına hökumət qura bilməyəcək - Yeni SORĞU

Analitika

Bu gün, 12:43

Ermənistanda keçirilən yeni sosioloji sorğu göstərir ki, Nikol Paşinyanın sədri olduğu hakim “Vətəndaş müqaviləsi” partiyası lider mövqeyini qorumaqda davam edir, lakin artıq təkbaşına hakimiyyət qurmaq üçün möhkəm üstünlüyə malik deyil.

Modern.az xəbər verir ki, "News.am" saytının məlumatına görə, 1-3 iyun tarixlərində aparılan telefon sorğularına (CATI metodu) əsasən, seçkilərdə iştirak etməyə hazır olduğunu bildirən vətəndaşlar arasında “Vətəndaş müqaviləsi” partiyası 29,6% səs toplayıb. Onun əsas rəqibi olan Samvel Karapetyanın “Güclü Ermənistan” bloku isə 26,4% əldə edir.
Fərq çox kiçikdir və tədqiqat müəlliflərinin fikrincə, bu, seçki kampaniyası zamanı siyasi balansı əhəmiyyətli dərəcədə dəyişə bilər.

Sorğuda 2050 nəfər iştirak edib, xətanın göstəricisi ±2,2% təşkil edib. Proqnozlaşdırılan seçici fəallığı 55% kimi qiymətləndirilir, respondentlərin 45%-i isə cavab verməkdən imtina edib.

Sorğuya əsasən, qərarını vermiş seçicilər arasında siyasi qüvvələrin bölgüsü belədir:

“Vətəndaş müqaviləsi” (MM) – 29,6%
“Güclü Ermənistan” bloku – 26,4%
Digər partiyalar (cəmi) – 17,5%
“Ermənistan” bloku – 14,8%
“Çiçəklənən Ermənistan” partiyası – 6,1%
“Birlik qanadları” partiyası – 5,6%


Tədqiqatın əsas nəticələrindən biri hakim partiyanın mövqelərinin zəifləməsidir. Hesabatda qeyd olunur ki, “Vətəndaş müqaviləsi” faktiki olaraq hakimiyyət üzərində monopoliyasını itirir, çünki mütləq çoxluğun olmaması hökumətin təkbaşına formalaşdırılmasını çətinləşdirir və koalisiya danışıqlarına ehtiyacı artırır.

Eyni zamanda “Güclü Ermənistan” blokunun göstəriciləri ciddi rəqabəti göstərir. Sorğu müəllifləri bildirir ki, narazı elektoratın effektiv səfərbərliyi halında müxalif düşərgə güc balansını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Sorğu həmçinin gələcək parlamentin mümkün koalisiya strukturuna da işarə edir. Proqnozlara görə, parlamentə ən azı beş əsas siyasi qüvvə keçə bilər ki, bu da kiçik partiyaları hökumət koalisiyasının formalaşmasında həlledici oyunçulara çevirə bilər.

Ermənistandakı GALLUP Beynəlxalq Assosiasiyasının nümayəndəsi Aram Navasardyan da bu gün mətbuat konfransı keçirib. O, təşviqat kampaniyası, seçkiqabağı əhval-ruhiyyə, partiya reytinqləri və digər mövzularla bağlı növbəti sorğuların nəticələrini təqdim edib.

GALLUP tərəfindən aparılan sorğunun nəticələrinə görə, seçicilərin seçimləri bir neçə əsas siyasi qüvvə arasında bölünüb.

Sorğuya görə, hakim "Vətəndaş müqaviləsi" Partiyası 32,4 faizlə ən yüksək nəticəni əldə edib. Ondan sonra 16,4 faiz göstərici ilə "Güclü Ermənistan" siyasi bloku ikinci, 15,2 faizlə isə "Ermənistan" alyansı üçüncü yerdə gəlir.

Qalan siyasi qüvvələrdən "Çiçəklənən Ermənistan" Partiyası 8,8 faiz, "Birlik Qanadları" Partiyası isə 6,2 faiz səs toplayıb.

Sorğu 2-3 iyun tarixləri arasında keçirilib və 1104 vətəndaş iştirak edib. İştirakçılardan seçkilər həmin anda keçirilsəydi, hansı siyasi qüvvəyə səs verəcəkləri soruşulub.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR