Arxiv
28 Oktyabr 2021, 11:00 | İQTİSADİYYAT
Gömrükçülər 18 kq qızılı müsadirə etdi

Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən (DGK) Modern.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında ölkə ərazisinə Gürcüstan istiqamətindən "çipsi" yükü gətirən "Mercedes-Benz" markalı avtomobil "Qırmızı Körpü" gömrük postuna daxil olub və yük nəqliyyat vasitəsinə rentgen qurğusu ilə baxış zamanı avtomobilin arxa təkərlərinin arasında yerləşən hava balonunda şübhəli cizgilər qeydə alınıb. Hava balonunun isə yalnız mütəxəssis köməyi ilə açılması mümkün olduğu üçün həmin nəqliyyat vasitəsi postun terminalında saxlanılıb.

 

Beləliklə, gün ərzində sürücünün avtomobilin alt hissəsində, şübhəli cizgilərin qeydə alındığı yerdə hərəkəti müşahidə olunub. Dərhal müdaxilə nəticəsində saxlanılan sürücünün əlində bağlamalar olduğu müəyyən edilib. Nəqliyyat vasitəsinin alt hissəsinə baxış zamanı isə hava balonunda əlavə bağlamaların da gizlədildiyi məlum olub.

 

Daha sonra bağlamalara baxış zamanı onların içərisində xeyli miqdarda qızıl-zinət əşyası - 761 ədəd qolbaq, 754 ədəd boyunbağı, 783 cüt sırğa, 118 ədəd kulon, 198 dəst boyunbağı-kulon, 7 dəst qolbaq-boyunbağı, 11 dəst kulon-üzük-sırğa, 11 dəst üzük-sırğa, 3 dəst üzük-qolbaq, 5 dəst üzük-boyunbağı-sırğa, 2 dəst boyunbağı-bilərzik-üzük-sırğa, 8 ədəd tək sırğa və 14 qram boyunbağı aşkarlanıb.

 

Aşkarlanan zərgərlik məmulatlarının ümumi çəkisinin 18 kiloqram 172 qram olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük maşını təyyarə ilə toqquşdu 7 Dekabr 2021, 00:49 Eşşəyə sillə vurdu, həbs edildi 7 Dekabr 2021, 00:41 İlon Maska böyük rəqib 7 Dekabr 2021, 00:22 Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?