Modern.az

Saakaşvili: “Növbədənkənar seçkilər olacaq”

Saakaşvili: “Növbədənkənar seçkilər olacaq”

3 Noyabr 2021, 09:15

Eks-prezident Mixail Saakaşvili azad olunandan sonra 10 gün müddətində Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacağını deyib.

 

Modern.az  xəbər verir ki, Saakaşvilinin bu niyyətini jurnalist Dmitri Sadzaqlişvili ictimaiyyətə açıqlayıb.

 

“Türmədən azad olunacağım təqdirdə söz verirəm ki, maksimum 10 gün ərzində biz növbədənkənar seçkiyə gedəcəyik və onları məğlub edəcəyik. İndi bizə geniş ictimai birlik lazımdır, hər şey bu məqamda böyük əhəmiyyət daşıyır. Bizim gücümüz birliyimizdədir, müxalifətin içində küçə mübarizəsini apara biləcək liderlər az deyil”, - deyə Saakaşvili qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?