Modern.az

Əcnəbi tələbələrin Azərbaycana girişində problem var?

Əcnəbi tələbələrin Azərbaycana girişində problem var?

22 Noyabr 2021, 11:03

Təhsil Nazirliyi Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrlə bağlı açıqlama verib.

Nazirlikdən Modern.az-a bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşın ölkəyə girişi mümkün olduğundan əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir.

Nazirlik bildirib ki, aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan, digər ölkələrin vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər:

"Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırıb, həmin şəxslərin ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin Elmi Şuralarının səlahiyyətləri çərçivəsində baxılması yerli ali təhsil müəssisələrinə tapşırılıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu