Modern.az

Komitə sədri dünya şöhrətli azərbaycanlı alimlərlə görüşüb

Komitə sədri dünya şöhrətli azərbaycanlı alimlərlə görüşüb

Diaspor

25 Noyabr 2021, 15:16

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlər - Humboldt mükafatını almış ilk azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev və 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olmuş Ferudin Həmdullahpur ilə görüşüb.

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qonaqları salamlayan Komitə sədri xaricdə fəaliyyət göstərən elmi diaspor üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, onların həyat və fəaliyyətinin gənc diaspor üzvləri üçün nümunə olduğunu bildirib.

Görüş zamanı Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış və Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” barədə məlumat verilib, xaricdə Azərbaycanı layiqincə təmsil edən elm adamlarının diaspor fəaliyyətində iştirakının əhəmiyyəti vurğulanıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir