Modern.az

Azərbaycanda diktor vəfat etdi 

Azərbaycanda diktor vəfat etdi 

26 Noyabr 2021, 10:38

Azərbaycan radiosunun diktoru Lyudmila Nəzərli dünyasını dəyişib.


Modern.az
xəbər verir ki, bu haqda diktor, əməkdar artist İradə Ağayeva bildirib.


Noyabrın 2-də koronavirusa yoluxan Lyudmila Nəzərli xəstəxanaya yerləşdirildikdən bir müddət sonra müalicəsini reanimasiyada davam etdirirdi.


Qeyd edək ki,  Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.


O, ötən il "Tərəqqi" medalına layiq görülüb.


Allah rəhmət eləsin..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır