Modern.az

Azərbaycanda koronavirus testi istehsal olunur

Azərbaycanda koronavirus testi istehsal olunur

Aktual

30 Noyabr 2021, 12:50

Azərbaycanda COVİD-19 virusunun PCR üsulu ilə müəyyənləşdirilməsi üçün testlərin istehsalına başlanılıb.

 

Modern.az bilidirir ki, bu fikirləri “Diamed Co” şpris istehsalı zavodunun həmtəsisçisi Aytən Quliyeva AzTv-yə açıqlamasında bildirib.

 

O qeyd edib ki, bu ilin avqustundan etibarən zavodda yeni istehsal xətti fəaliyyətə başlayıb.

 

“Bu günə qədər 20 mindən çox test istehsal olunub. Zavodun istehsal gücü illik altı milyon ədəddir. Günlük isə 20 min testdir. Bu testlərin üstünlüyü qiymətinin aşağı olmasındadır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü