Modern.az

Robotlar fabrik işçilərinə kömək edəcək

Robotlar fabrik işçilərinə kömək edəcək

1 Dekabr 2021, 00:58

Yunanıstanda alimlər insanlarla işləməyi bacaran və onlara avtomobil, qida və kimya sənayesində kömək edə bilən şagird robot yaradacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Europulse” nəşri yazıb.

 

Robotlar süni zəka, kameralar və sensora malik həssas “dəri” ilə təchiz ediləcək.

 

Robotun jestləri tanıması və təkrarlaması üçün ona müəyyən bir hərəkəti necə yerinə yetirəcəyini göstərmək lazımdır. Bundan əlavə, robotlar toqquşmalardan yayınma proqramı ilə təchiz ediləcək.

 

Sadə köməkçi əməliyyatları yerinə yetirməyə kömək edən robotlar insanları iş yerlərindən məhrum etmədən yükü müəssisə işçiləri ilə bölüşəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi