Modern.az

Piyadanı vuran avtomobil “AA” seriyalı deyil – RƏSMİ

Piyadanı vuran avtomobil “AA” seriyalı deyil – RƏSMİ

2 Dekabr 2021, 11:02

Bu gün səhər saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan “10-AA-659” dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən şəxsi vuraraq öldürdüyü barədə məlumat yayılıb.

 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-ın sorğusuna cavab bildirib ki, piyadanı vuran maşın “AA” seriyalı deyil:

 

“Bu gün səhər saatlarında təxminən 07:15 radələrində Bibiheybət məscidinin yaxınlığında “Nissan X-Trail” 90-SB-966 nömrəli maşın 1974-cü il təvəllüdlü Məzahir Əliyev Ziyad oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib».

 

DYP rəsmisi sürücülərdən və piyadalardan yol hərəkəti qaydalarına əməl etməyi, yollarda diqqətli olmağı, xüsusilə də piyadalar üçün nəzərdə tutulmamış ərazilərə keçid etməmələrini xahiş edib.

 

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma -  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib və digər istintaq hərəkətələri həyata keçirilib. Araşdırma davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı