Modern.az

“Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır”

“Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır”

3 Dekabr 2021, 14:14

"Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası çox nadir müraciət olunan bir maddədir və xüsusi qaydada təyin olunanlar da elə insanlardır ki, onların hakim kimi fəaliyyəti üçün heç bir keyfiyyəti sual doğurmur".

 

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı deputat Bəhruz Məhərrəmov bildirib.

 

Onun sözlərinə görə, fərqi yoxdur bu hansı sektorda işləyib, əsas odur hakim olmaq üçün tələblərə cavab verir, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malikdir:

 

"Qanun da tələb qoymur xüsusi qaydada təyin olunan şəxs yalnız dövlət sektorunda işləyən insan olmalıdır.  Ona görə də mən xahiş edirəm, bu dərəcədə mütərəqqi bir layihəni dar çərçivədə qəbul etməyək, yəni yalnız dövlət orqanları, elmi pedaqoji fəaliyyətlə məhdudlaşdırmayaq, biz sadəcə qeyd edək ki, xüsusi qaydada yüksək hakim vəzifəsinə təyin edilən şəxslərin əvvəlki iş stajı hakim stajına hesablansın.

İkinci vacib bir məqamı da deməyə məcburam,

Bu gün bir zehniyyət formalaşmaqdadır ki, elə düşünürlər ki, məhkəmənin qərarını küçələrdə meydanlarda dəyişmək olar.

İki gün öncə biz şəhidlərin tabutu başında sayğı duruşunda gözlərkən, şəhərin mərkəzində dövlətin təməlini zəiflətmək, vətəndaş qarşıdurması yaratmaq üçün qanunsuz cəhdləri maliyyələşdirməkdə təqsirləndirilmiş, təqsirini səmimi formada etiraf etmiş birinin müdafiəsi adı altında təxribat cəhdinin şahidi olduq. Hüquqi dünyəvi demokratik dəyərlərdən danışanlar müstəqil məhkəmənin qərarını meydanda zorakılıqla dəyişməyə cəhd göstərdilər. Baxmayaraq ki, bunun üçün müraciət edəcək kifayət qədər instansiyalar var, ən azından Avropa məhkəməsi var, hansı ki, ayrı vaxt işlərin yalnız 3-4 faizini icraatına qəbul etdiyi halda, Azərbaycandan gedən siyasiləşdirilmiş işlərə ağına-bozuna baxmadan dərhal icraatına qəbul edir. İndi narazı adam varsa, Azərbaycan ədalətinə güvənmirsə, ən azından o məhkəməyə müraciət etmək mümkündür. Yoxsa məhkəmə qərarı küçələrdə dəyişmir. Budurmu sizin qurmaq istədiyiniz düzən? 

 

Biz heç bir vətəndaşın azadlıqdan məhrum qalmasını arzu etmirik. Azərbaycan dövləti hər bir vətəndaşın və ümumiyyətlə hər bir insanın hüquq və azadlıqlarının səmərəli və etibarlı təminatını ali məqsəd kimi bəyan edib. O cümlədən heç bir vətəndaşın vəzifəli şəxslərin, hakimlərin özbaşına hərəkətlərinə, qanunsuz davranışlarına, əsassız məhdudiyyət tədbirlərinə məruz qalmaması üçün  bütün mümkün mexanizmlər istər inzibati səviyyədə, istərsə də məhkəmə müstəvisində təmin olunub.

 

Dövlətə , şəhidinə bu qədər hörmətsizlik etmək olarmı? Deyirsən qazisən, yaxşı Sən qazisənsə Biləsuvarın Əskərəbad kəndindən Birinci Qarabağ savaşından bəri, 30 ildir başında qəlpə gəzdirən, Vətən Müharibəsində isə yeganə oğlunu itirən Yalçın Rüstəmov kimdir? 3 gündür xəstəxanadadır heç kimi də narahat etmək istəmir ki, mən bu addan istifadə etmək üçün qazı olmamışam, şəhid verməmişəm. Oğul qurban vermiş  qazilər Süleyman Mahmudov, Nadir Novruzov nə desin bəs?

 

Şəhid qazı ona görə canından qanından keçib ki, dövləti var olsun, vətən sağ olsun. Sən indi niyə bu dövlətin təməlini qazıyırsan?

Hansı ağılla düşünmək olar ki, kifayət qədər ictimailəşmiş bir fiquru döyüb dövləti nüfuzdan salasan? Hansı polis edər bunu? Açığı ortada ciddi suallar var. Mən hesab edirəm ki, mütləq məsələ araşdırılmalı, bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır. Hansısa polis özbaşınalıq edibsə onu cəzalandırmaq dövlət üçün problem deyil, amma aydındır ki, bu aşkar təxribatdır.

 

Bu dövlətin vətəndaşı dövlətin qarşısında olmamalıdır, qarşımızda dayananlar kimlər idi - 44 günlük müharibədə gördük. İllah da Siz də qarşı tərəfdə olmağı arzu edirsizsə, zatən bunu da edirsiz, o zaman  buyurun".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir