Modern.az

“YAŞAT”a 65 milyon manat İANƏ EDİLİB

“YAŞAT”a 65 milyon manat İANƏ EDİLİB

8 Dekabr 2021, 12:42

“Birinci Qarabağ müharibəsibdən bu yana şəhid ailələri və qazilərə yardım Azərbaycan dövlətinin sosial təminat istiqamətində prioriteti olub. Ayrı-ayrı vətəndaşların kütləvi yardımları nəzərə alınaraq “YAŞAT” Fondu yaradılıb. Fondun 11 nəfərdən ibarət Himayəçilik Şurasının üzvü var. İşçi heyət qazi və şəhid ailələrinin üzvləridir”.

 

Modern.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib. 

 

Ü.Mehdiyev qeyd edib ki, “YAŞAT” Fondu 1 il ərzində 3 minə yaxın şəhidin 16 minədək ailə üzvünə baş çəkib, onların problemləri öyrənilib:

 

“Bugünədək fonda 65 milyon manat ianə olub. 50 milyon manata yaxın vəsait xərclənib. 11 minə yaxın şəxsin 16 minə yaxın problemini həll edilib”.

 

Qurum rəsmisi həmçinin bildirib ki, 40 şəhidin ailə üzvü və 15 qazi Dövlət Agentliyində işlə təmin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi