Modern.az

“Ya hakimiyyətin, ya da müxalifətin yanında olmalısan!”

“Ya hakimiyyətin,  ya da müxalifətin yanında olmalısan!”

2 Mart 2013, 21:39

Bu gün Müsavat Partiyasının Qadınlar Təşkilatının təşkilatçılığı ilə Müsavat Partiyasının başqanı, partiyanın prezidentliyə namizədi İsa Qəmbərin qadınlarla görüşü keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşün maraq doğuran məqamlarından biri görüşə siyasi mənsubiyyəti olmayan, bitərəf qadınların sayca üstünlük təşkil etməsi idi.

Tədbiri Müsavat Qadınlar təşkilatının sədri Vəfa Cümşüdlü açdı. V.Cümşüdlü bildirib ki, görüşün keçirilməsində məqsəd partiyanın prezidentliyə namizədi İsa Qəmbərin qadınların problemlərini, təklif və iradlarını dinləmək və onların gələcəkdə həllinə nail olmaqdan ibarətdir:

“Partiya yarandığı gündən qadına böyük önəm verib və qadının ictimai-siyasi həyatda rolunun artırılmasına çalışıb. Burada qadınlar tərəfindən səsləndirilən fikirlər və təkliflər prezidentliyə namizəd İsa Qəmbər tərəfindən nəzərə alınacaq”. 

Sonra Müsavat Divanının üzvü professr Almaz Əliqızı çıxış edib . Ötən il Müsavat Partyasının 100 yaşının tamam olduğunu deyən A.Əliqızı qeyd etdi ki,  hələ ADR dövründə Qərbdə qadınların seçki hüququnun omadığı bir dönəmdə Azərbaycanda qadınlar seçki hüququ verilib. A.Əliqızı qadınları siyasi proseslərdə aktiv omağa səsləyərək deyib ki, bir qadının səsi on kişinin səsindən də uca çxır. Müsavat Partiyasının Divan üzvü Filologiya elmləri namizədi Nüşabə Sadıxlı görüşün önəmini vurğulayaraq deyib. N.Sadıxlı İ.Qəmbərin Azərbaycan siyasətində önəmli sima olduğunu, demokratik dəyərlərə qiymət verən insan oldunu dedi.

Müsavat Partiyasının başqanı İsa Qəmbər toplantı iştirakçılarına N.Yaqublunun azadlığa buraxldığı xəbərini verdi. Müsavat baqanı çıxışında deyib ki, ilk söz də son söz də qadınlarındır.

İ.Qəmbər ölkədəki ictimai-siyasi durumdan, problemlərdən danışıb. İ.Qəmbər daha sonra seçkilər barəsində danışıb. O, bu il daxili və beynəlxalq şərtlərin 2003-cü ildəkindən  fərqli olduğunud eyib:

Ölkə əhalisinin yarısının qadınlardan ibarət olduğunu deyən Müsavat başqanı deyib ki, qadınları xeyir-duası olmadan heç bir dəyişiklik mümükün deyil: “ 88, 90,2003-cü ilərdə də qadınlar mübarizənin önündə olublar. Müsavat Partiyasında güclü qadınlar -  alim, ziyalı, müllim, həkim xanımlar var. Burda bitərəf qadınlar da iştirak edir. İndi azərbaycanda elə şərait yaranıb ki, ya hakimiyyətin,  ya da müxalifətin yanında olmalısan. Mübarizədə bitərəf anlayışı olmur. Bitərəfər çox böyük qüvədir. İstərim ki, 2013-cü il sizin üçün iki mərhələli olsun. Martın 2-ə qədərki və ondan sonrakı dövr. Düşünün ki, ailəniz, övladlarınız üçün nə edə bilərsiniz? Qüvvələrin hamısı bir yerə toplansa heç bir qüvvə qarımızda dayana bilməz”.

Yazıçı-publisist Mehriban Vəzir  də çıxşında Azərbaycanda dəyişikliyin olacağına əmin olduğunu dedi.

Daha sonra istiqlalçı deputat Məryəm Həsənova çıxış etdi. O mərhum prezident Əbülfəz Elçibəy, eləcə də hərəkat illərində İsa Qəmbərlə bağlı xatirələrini danşdı. O qeyd etdi ki, hələ hərəkat illərindən İ.Qəmbərin çıxışları insanların ürəyinə hakim kəsilmişdi”. M.Həsənova çıxışının sonunda Müsavat başqanının həbsdı olan müavini Tofiq Yaqubluya həsr etdiyi şeri oxudu.

Azərbaycan Veteran Qadınlar Təşkilatının üzvü Tutu Cumayeva öncə çıxış edərək meydan hərəkatı illərindən danışdı və bildirdi ki, o zaman aclıq edən 8 nəfərin içində olub. Üzünü İsa Qəmbərə tutub “İsa bəy, sizin apardığınız mürarizədə ölümə getməyə hazıram”. T.Cumayeva müharibə veteranlarının çətin həyat şəraitindən danışdı. Bildirdi ki, indi veteranlara 5000 manat rüşvətə ev, 3000 manat rüşvətə maşın verirlər.

Daha sonra Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva danışdı. O dedi ki, bütün dünyada xanımlar haqlarını vuruşaraq qazanıblar. S.Paşayeva qadınların yüksək dövlət vəzifələrində az təmsil olunduğunu, Gülər Əhmədova və Sevinc Babayevanın timsalında hakimiyyətin qadınlardan alət kimi istifadə etdiyini bildirdi.

Müsavat Divanının üvü Baxşıxanım Abbasova qadınların ailədə və ictimai həyatda durumu haqqında danışdı.

B.Abbasova dedi ki, İ.Qəmbəri həbsə saldılar amma sındıra bilmədilər: “İsa Qəmbər 20 ildə prinsiplərini dəyişməyən yeganə siyasətçi kimi tanıyıram: “Qoy azərbaycan qadının alqışı onun arxasında dursun”.

Ölkədə ciddi problemlərin olduğunu deyən İ. Qəmbər, hakimiyyətə gələcəyi təqdirdə bunların həllinə çalışacağını qeyd edib: “Müsavat Partiyası ölkədə köklü demokratik dəyişikliklər apararaq bu problemlərin həll edəcək. Pensiyaları 2-3 dəfə artırmaq, sosial sahədə islahatlar aparmaq və bir çox istiqamətində bizim ideyalarımız var.  Bunun üçün beş il lazım deyil. Biz sosialist partiyası deyilik. Amma imkanlar o qədər böyükdür ki, bir müddət dövlət  sosial reabilitasiya proqramının tətbiqinə ehtiyac var. Elə etmək lazımdır ki, insanlar pula görə bir-birindəna asılı vəziyyətə düşməsin. Bu istiqamətdə çox ideyalarımız var. Biz Azərbaycanı orta Avropa səviyyəsində təmin etmək fikrindəyik. Bəzən hakimiyyət nüayəndələri deyirlər ki, bunları necə etmək mümkündür. Cavabı çox sadədir. Biz bu xalqın pulunu oğurlayıb ciblərimizə doldurmayacağıq. Onu xalqa xərcləyəcəyik. 680 milyon manatlıq stadion tikirlər. Bu stadionun oturacaqları qızıldanmı olacaq”.

İ. Qəmbər həmçinin qadınların cəmiyyətdəki rolunu da yüksək qiymətləndirərək onların  siyasi mübarizədə həlledici qüvvə olduğunu vurğulayıb: “Ölkə əhalisinin təxminən yarısının qadınlar olduğunu nəzərə alaraq deməliyəm ki, qadınlar ortaya mövqe qoymalıdırlar”.

Müsavat Partiyasının Yasamal təşkilatının sədri  Sevinc Hüseynova çıxışında dedi ki, İsa Qəmər haqqın yanında olduğuna görə o da onun yanındadır. Rəhmətlik Ebülfəz Elçibəy də İsa Qəmbər də həmişə qadınlara yaşıl işıq yandırıb. Rəsulzadə deyib ki, cəmiyyətin inkişaf səviyyəsi qadınların inkişafı ilə müəyyənləşir. Hakimiyyət bizim səviyyəmizi aşağı salmağa nail olub. Buna qarşı bubarizə aparmayacağıqsa, bu prosesi davam etdirəcəklər”.

Həm də AMEA-nın elmi işçisi olan S.Hüseynova  ölkədə elm adamlarına lazımı qiymət verilmədiyindən danışıb: “İnfarkt keçirən Elmlər akademiyasının prezidentini burda həyatını xilas edə bilmədilər, onu Elmlər Akasemiyası olmayan Türkiyəyə apardılar. Siz görün səhiyyə sahəsində adi vətəndaşa necə xidmət göstərilər. Bu hakimiyyət alimə 270 manat manat verib ondan elm gözləyir. Sülh danışqları prosesinə bir nəfər xanımı dacəlb etməyiblər”.

Sonda bir daha çıxış edən İ.Qəmbər mükəmməl seçki platforması hazırladıqlarını dedi: “Sizin təklifləriniz də gözləyirik. Qoy hamı görsün ki, bu platformanın hər cümləsində milyonlarla insanın firavan həyat tərzi dayanır”.

Müsavat başqanı xanımları qarşıdan gələn   Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə təbrik etdi, xanımları Azərbaycanda haqq -ədalət uğrunda mübarizəyə səslədi. Sonda İ. Qəmbər qadınların suallarını cavablandırdı.

Görüşün sonunda V.Cümşüdlü  xanımları martın 10-da keçiriləcək orduda baş verən əsgər ölümlərinə etiraz  mitinqinə dəvət etdi. Görüşdə həmçinin əsgər ölümlər ilə bağlı bəyanat qəbul olundu.


Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir