Arxiv
7 Aprel 2013, 15:04 | AKTUAL
Erməni şirkətinin iflası Türkiyə şirkətinin erməni müştərilərinin sayını artırıb

Ermənistanın “Armavia” hava yolları şirkətinin bazar ertəsi bütün uçuş əməliyyatlarını dayandırdığını elan etməsindən və Van-İrəvan çarter səfərlərinin təxirə salındığı barədə qərar verildikdən sonra iki ölkə arasında təyyarə uçuşları davam etdirilməkdədir.

Mərkəzi İstanbulda olan "Tower" aviasiya və səyahət firması Türkiyənin Atlasjet hava yolları şirkətindən icarəyə götürdüyü təyyarələrlə həftədə 2 dəfə İstanbul-İrəvan-İstanbul uçuşlarını həyata keçirir.

“Tower” firmasının özünü təqdim etməyən nümayəndəsi “BBC Azərbaycanca”ya bildirib ki, onlar 14 ildir Türkiyə ilə Ermənistan arasında qarşılıqlı çarter reyslərinin təşkililə bağlı əldə olunmuş razılaşmaya əsasən, təyyarə səfərləri təşkil edir.

Türkiyənin digər bir şəhəri ilə İrəvan arasında planlaşdırılan uçuşlar başlamamış təxirə salınıb. Türkiyə mediası bunu Azərbaycanın narazılığı ilə əlaqələndirib.

"Yanlış anlaşılma"

"Türkiyənin Ermənistana qarşı embarqo qərarına görə uçuşları müntəzəm yox, icarəyə götürülmüş təyyarələrlə çarter reysləri vasitəsi ilə həyata keçiririk", o deyib.

Firma təmsilçisinin sözlərinə əsasən, Van-İrəvan uçuşları təxirə salındıqdan sonra İstanbul-İrəvan sərnişinləri arasında "yanlış anlaşılma" olub.

"Müştərilərimiz İstanbul-İrəevan uçuşlarının da ləğv olunduğunu da zənn etdilər. Lakin hadisələrdən sonrakı ilk uçuşda hər şey onlara bəlli oldu" - firma nümayəndəsi deyib.

Anlaşmaya əsasən, "Atlasjet" və "Armavia" hərəsi həftədə 2 dəfə uçuş edə bilər.

"Əvvəllər "Armavia" həftədə 2 dəfə uçuşlar etdiyi və sərnişin tələbatı olmadığı üçün "Atlasjet" həftədə yalnız bir gün sərnişin daşıma haqqından istifadə edib. Amma "Armavia" çökdükdən sonra "Atlasjet" həftəlik uçuşlarının sayını ikiyə çatdırıb. Hazırda həftədə iki dəfə - çərşənbə və bazar günləri uçuşlar gerçəkləşdirilir. Biletlərin qiyməti tək gediş 300, gediş-dönüş 500 dollaradır", - "Tower"in satış təmsilçisi əlavə edib.

"Tower"in Ermənistandan müştəriləri xüsusilə yay aylarında çox olur. "Ermənistandan gələnlər İstanbula, əsasən, xırda ticarət məqsədilə gəldikləri üçün yanvar-aprel aylarında sərnişin sayında azalma olur" deyə firmanın nümayəndəsi bildirib.

Şirkətin sahibi erməni mənşəli Türkiyə vətəndaşı Dikran Altundur.

Van-İrəvan

Ermənistanın milli aviadaşıyıcı şirkəti “Armavia” cari il aprelin 1-dən uçuşları dayandırmaq və müflisləşmə prosedurasına başlamaq qərarı qəbul edib.

“Son üç il ərzində şirkətin sahibkarı digər bizneslərindən əldə edilən gəlirini “Armavia”nın inkişafına yönəltməyə məcbur olub. Lakin bu gün vəziyyət elədir ki, daha bu cür işləmək mümkün deyil. Ona görə də uçuşları dayandırıb, bankrotluq prosesinə başlamaq qərarı qəbul olunub”, - bəyanatda deyilir.

Türkiyənin Borajet Hava Yolları Şirkəti isə Van-İrəvan istiqamətində planlaşdırdığı çarter reyslərini təxirə salıb.

Borajet rəhbəri Kadir Peker Haber-Turk qəzetinə deyib: "Biz uçuşları təxirə salırıq, çünki təyyarələrdən, başqa əsas marşrutlar üçün istifadə edəcəyik".

Türkiyə Nəqliyyat Nazirliyinin rəsmisi uçuşların təxirə salındığını təsdiqləsə də, səbəbləri açıqlamayıb.

Yerli media səbəblərin siyasi olduğunu iddia edib və Azərbaycan və Türkiyə arasında dostluq münasibətlərinin Ermənistana uçuşlara mane olduğunu yazıb.

Azərbaycanda bu xəbər rəsmilərin tənqidi ilə qarşılanmışdı.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov aviareysin açılmasını "Ermənistandakı işğalçı rejimə hansısa formada verilmiş rəsmi dəstək" adlandırıb.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun aviareysin “dövlət təşəbbüsü” olmadığını qeyd edib.

Van-İrərevan aviareysinin açılmasını turizm baxımdan əlverişli hesab edən Türk-Erməni Biznes Şurasının (TABDC) təmsilçisi Noyan Soyak “BBC Azərbaycanca”ya ertələnmə xəbərini ötən həftə verib. O, bu xəbərdən təəssüf ifadə edib.

Soyakın dediyinə görə, Borajetin baş direktoru Kadir Peker onunla telefon danışığında bildirib ki, məsələ ilə bağlı məlumat almaq və durumu müzakirə etmək üçün Ankaraya yola düşüb.

Azərbaycan və Ermənistan arasında mübahisəli Dağlıq Qarabağ münaqişəsi 1988-ci illərdən başlayıb və müharibə ilə müşahidə edilərək 1994-cü ildə atəşkəslə sonlanıb.

Həmin vaxtdan Türkiyə Azərbaycanla həmrəyliyini bildirmək üçün Ermənistanla sərhədləri bağlayıb.

Son üç ildə sərhədlərin açılması mövzusu aktuallaşsa da, məsələ tam həll olunmayıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilir 26 Yanvar 2020, 09:14 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 09:00 Ermənistanda silahlı insident 26 Yanvar 2020, 00:47 Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə olunur - RƏSMİ 26 Yanvar 2020, 00:31 Uğursuz Daşaltı əməliyyatından 28 il ötür 26 Yanvar 2020, 00:12 Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşıladı - FOTO, VİDEO 25 Yanvar 2020, 23:57 Vüqar Bayramov Qəhrəmanlar parkında Horadiz sakinləri ilə görüşdü - FOTO 25 Yanvar 2020, 23:39 Türkiyədə yenə zəlzələ oldu 25 Yanvar 2020, 23:18 Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO 25 Yanvar 2020, 22:36 Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO 25 Yanvar 2020, 22:29 Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var 25 Yanvar 2020, 22:11 Cavanşir Paşazadənin seçicilərlə izdihamlı görüşü - FOTOLAR 25 Yanvar 2020, 21:53 Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ 25 Yanvar 2020, 21:34 Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03
SORĞU Yeni parlamentdə kimlər olsun?