Arxiv
1 May 2013, 19:43 | AKTUAL
Azərbaycan müsəlmanları nəyə inanırlar, nə istəyirlər? - Tədqiqat

Pew Research Center (Pew Tədqiqat Mərkəzi) tərəfindən həyata keçirilən tədqiqata əsasən dünyada müsəlmanların əksəriyyəti ölkələrinin şəriət qanunu ilə idarə olunmasını istəyir.

Tədqiqata əsasən Azərbaycanda ənənəvi islam qanununu istəyənlər əhalinin 8 faizini təşkil edir. Bu, tədqiq olunan ölkələr arasında ən aşağı rəqəmdir. Ən yüksək faizlik isə Əfqanıstana məxsusdur. Bu ölkədə əhalinin 99 faizi şəriət qanunu istəyir.

Modern.az saytı “BBC Azərbaycanca”ya istinaədn bildirir ki, 2008 və 2012-ci illər arasında aparılan, "Dünyanın Müsəlmanları: Din, Siyasət və Cəmiyyət" adlı tədqiqat dünyanın müsəlman icmasından 39 ölkə və ərazini, 38 000 adamı tədqiq edib.

Tədqiqata əsasən dünya müsəlmanlarının əksəriyyəti fahişəlik, homoseksuallıq və intihar kimi əməlləri amoral dəyərləndirsələr də, poliqamiya, boşanma və doğum tənzimləmə tədbirləri müsəlmanlar arasında mübahisəli mövzulardırlar.

Azərbaycan müsəlmanları

Bazar ertəsi nəşr olunan tədqiqatda deyilir ki, Azərbaycanda müsəlmanların 51 faizi demokratiya, 41 faizi isə "güclü lider" istəyir. Orta Asiya ölkələrindən, Tacikistanda bu rəqəm 76 faiz, Türkiyədə 67 faiz, Qazaxıstanda 52 faiz Qırğızıstanda isə 32 faizdir.

Siyasət kateqoriyasında digər suallardan, Azərbaycan müsəlmanlarının 27 faizi hesab edir ki, islam siyasi partiyaları digər partiyalardan betərdirlər. Pew Research Center-a əsasən bu, bir çox digər ölkənin müsəlmanlarının fikirlərinə ziddir.

Azərbaycanda müsəlmanların 88 faizi moral olmaq üçün Allaha inanmağın zəruri olduğunu desə də, dinlərarası nikahı qəbul edənlərin sayı, tədqiq edilən ölkələr arasında ən aşağıdır. Bizim ölkədə sorğu olunanların yalnız 8 faizi oğlunun, 3 faizi isə qızının digər dinin nümayəndəsilə evlənməsini qəbul edir.

Azərbaycan həmçinin aborta ən tolerant yanaşan ölkə kimi göstərilib. Azərbaycandakı müsəlmanların yalnız 23 faizi deyib ki, abort etmək amoraldır, 50 faizinin fikrincə isə bu, "vəziyyətdən asılıdır".

Digər nəticələr

Şəriət qanununu istəyənlər arasında, qanunun necə tətbiq olunması da fərqli cavablandırılıb. Tədqiqata əsasən, bir çox müsəlman şəriət qanununun şəxsi sferada, ailə və ya mülkiyyət münaqişələrini həll etmək üçün tətbiq olunmasını istəyir.

Lakin oğruların əllərini kəsmək və bunun kimi digər sərt cəzaları dəstəkləyənlərin sayı kifayət qədər azdır, tədqiqat belə göstərir.

Ölkələrin əksəriyyətində, sorğuda iştirak edənlərin çoxluğu deyib ki, qadın ərinə itaət etməlidir. Eyni zamanda əksəriyyət o cümlədən azərbaycanlı müsəlmanların 81 faizi deyib ki, qadın hicabı geyinmək haqqında qərarı özü verməlidir.

İslam naminə zorakılıq həmçinin çoxluq tərəfindən rədd edilib. Azərbaycanda müsəlmanların 1 faizi deyir ki, bəzi hallarda intiharçı bombardman haqlı ola bilər.
Fələstin ərazilərində müsəlmanların 40 faizi, Türkiyədə isə 15 faizi bununla razıdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 "ASAN xidmət"də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52 İki qadının ölümünə səbəb olan baş həkimin oğlu həbs olundu 8 İyul 2020, 18:45 Təlimlərə cəlb olunan qoşunlar geri qaytarılır - FOTO 8 İyul 2020, 18:37 Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldü 8 İyul 2020, 18:29 190 manat veriləcək şəhər və rayonların sayı artırıldı - SİYAHI 8 İyul 2020, 18:23 Təxirə salınmış müsahibələrin keçirilmə qrafiki açıqlandı 8 İyul 2020, 18:17 Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir 8 İyul 2020, 18:09 Bakıda “Mercedes” yandı 8 İyul 2020, 18:00