Modern.az

Prezident Sumqayıtda “ASAN”ın açılışında iştirak edib

Prezident Sumqayıtda “ASAN”ın açılışında iştirak edib

3 May 2013, 11:22

Prezident İlham Əliyev bu gün Sumqayıtda istifadəyə verilən “ASAN xidmət”in inzibati binasının açılışında iştirak edib.

Qed edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. Bu xidmətin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması; vətəndaşlara münasibətdə etikqaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması; peşəkarlıq səviyyəsinin artırılması; dövlət strukturlarına etimadın daha da gücləndirilməsi; şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi; elektron xidmətlərdən daha geniş istifadə olunması; bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.

Elçin AĞAYEV

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir