Modern.az

İlham Əliyev: “Azərbaycan-Belarus münasibətlərinin əsasını qarşılıqlı hörmət və dəstək təşkil edir”

İlham Əliyev: “Azərbaycan-Belarus münasibətlərinin əsasını qarşılıqlı hörmət və dəstək təşkil edir”

Təhsil

21 Noyabr 2013, 22:51

 



“Son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənib, çox yüksək səviyyəyə çatıb. Biz iqtisadi əlaqələrdə, sənaye istehsalı sahəsində, humanitar sahədə, energetika sahəsində yaxşı nəticələr əldə etmişik. Lakin ən başlıcası, son illərdə fəal qarşılıqlı əlaqələr bizi bir-birimizə o dərəcədə yaxınlaşdırıb ki, artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər”.

Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Belarus nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilmiş görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Belarus münasibətlərinin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir: “Biz bu baza üzərində sanballı münasibətlər qurmuşuq. Bu gün bizim müəssisələr arasında əlaqələr genişlənir, investisiya layihələri, sənaye istehsalı ilə bağlı layihələr həyata keçirilir, təcrübə mübadiləsi aparılır. Başqa sözlə desək, bizim münasibətlərimiz tamdəyərli xarakter daşıyır”.

Prezident İlham Əliyev qeyd edib ki, Belarus prezidentinin Azərbaycana səfəri bu münasibətlərə yeni təkan verəcək: “Bu gün imzalayacağımız sənədlər də daha fəal əməkdaşlığımıza, bir-birimizi dəstəkləməyə, bir-birimizə kömək etməyə və birgə işləməyə kömək edəcək”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü