Arxiv
11 May 2010, 09:00 | FOTOSÖHBƏT
Deputat Əli Məsimli ilə fotosöhbət

Əli Əhməd oğlu Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir.
1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə «Müstəqil İqtisadçılar Birliyi» ictimai təşkilatının prezidenti vəzifələrində çalışıb.
Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədridir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.

 

Bu şəkli ibtidai sinifdə oxuyanda çəkdirmişəm.

 

1967-ci il. Yeddinci sinifdə oxuyuram. Arxa sırada tən ortada dayanmışam.

 

Şəkil 1969-cu il 22 may tarixində lentə alınıb. Artıq doqquzuncu sinifdə oxuyuram. Arxada soldan 4-cü mənəm.

 

Sovet Ordusunda hərbi xidmətdəyəm.

 

Anamdı. Təəssüf ki, anamla və atamla birgə şəkilim yoxdu.

 

Bu şəkil 1971-ci ildə mən tələbə olanda çəkilib. Yanımdakılar qardaşım uşaqlarıdır. 

 

Gənc vaxtlarımdı. Uşaqları gəzməyə çıxarmışam. 

 

Aspiranturada oxuduğum vaxtların şəklidi.

 

Atam Əhməd Məsimli müharibə iştirakçısı olub.

 

Gənclik illərinin daha bir xatirəsi...

 

Türkiyənin ali rəhbərliyi ilə yanaşı.

 

Bu şəkil mən baş nazir işləyərkən çəkilib. Görüşdə Azərbaycan baş nazirinin I müavini Vahid Əhmədov, Türkiyə prezidenti Turqut Özal, Azərbaycan prezidenti Əbülfəz Elçibəy və Türkiyənin xarici işlər naziri Hikmət Çətin iştirak edir.

 

Baş nazir kimi ABŞ konqresmenini qəbul edərkən.

 

21 mart 1993-cü il. Türk Dövlət və Topluluqlarının Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında.  

 

Həmin qurultayda Türkiyənin 8-ci prezidenti Turqut Özal və baş nazir Süleyman Dəmirəl, Quzey Kıprıs Türk Cümhuriyyətinin prezidenti Rauf Denktaşla birgə.  

 

2001-ci ildə Yaponiyanın paytaxtı Tokioya getmişdim.

Bu şəkil də Yaponiyada çəkilib.

 

Türkiyədə səfərdəyik.

 

Yaponiyada səfərdə olarkən bu ölkənin milli bayramında iştirak etdik. 

 

2001-ci il. Tokio Fond Birjasında.

 

Malayziyada avtomobil zavodundayam.

 

Türkiyədə dostlarla birgə.

 

2005-ci il parlament seçkilərinə hazırlaşıram.

 

Bolqarıstana beynəlxalq konfransa getmişdik.

 

Soldakı məşhur türk pəhləvanı, ağırlıqqaldırma üzrə dəfələrlə dünya çempionu Naim Süleymanoğludur.

 

Milli Məclisin üzvlərilə Londonda səfərdəyik.

 

Milli Məclisin üzvü kimi çəkdirdiyim yaxşı şəkillərdən biri.

 

2008-ci il. Avstriyanın paytaxtı Vyana şəhərində.

 

Parlament Jurnalistləri Birliyinin keçirdiyi sorğuda 2009-cu ilin fəal deputatlarından biri də mən oldum.

 

Oqtay Əsədovun rəhbərlik etdiyi Milli Məclis üzvləri Xorvatiya prezidenti ilə görüşdəyik.

Deputat həmkarlarımla Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşürük.

 

Vaxtilə Nazirlər Kabinetində birgə çalışdığım Vahid Əhmədovla Milli Məclisdə yanaşı əyləşirik.

 

Oğlum Anarla birgəyəm.

 

Xəzər dənizində gəmi ilə gəzinti işdən sonra yorğunluğun aradan qalxmasına kömək edir.  


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32 Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR 19 Yanvar 2020, 12:00 Azərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır" 19 Yanvar 2020, 11:45 Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb 19 Yanvar 2020, 11:37
SORĞU Yeni parlamentdə kimlər olsun?