Modern.az

10 yaşlı Facebook-a 8 trilyona yaxın məlumat yerləşdirilib

10 yaşlı Facebook-a 8 trilyona yaxın məlumat yerləşdirilib

4 Fevral 2014, 14:31


Modern.az
-ın məlumatına görə, planetin ən böyük sosial şəbəkələrindən biri olan “Facebook” bu gün özünün 10 illik yubileyini qeyd edir. Ay ərzində 1 milyard 230 milyon istifadəçi auditoriyası olan “Facebook”da 10 il ərzində 200 milyard dostluq münasibətləri qeydə alınıb.

“Facebook” 2004-cü ildə Mark Sukerberq tərəfindən yaradılıb və yalnız Harvard universitetinin tələbələri üçün nəzərdə tutulub. Ancaq sonradan böyük populyarlıq qazanaraq bütün planetin ən iri sosial şəbəkəsinə çevrilib. Gün ərzində istifadəçilərin ixtiyarında olan “Like”-dən 6 milyard dəfə istifadə olunur. Fəaliyyətə başladığı dövrdən “Facebook” sosial şəbəkəsinə 400 milyarddan çox şəkil, 8 trilyona yaxın məlumat yerləşdirilib.

“Facebook” istifadəçilərinin sayına görə 168 milyon istifadəçi ilə ABŞ birinci yerdədir.

Bu sosial şəbəkədən istifadə edən digər ölkələrə gəlincə isə Braziliya (64 milyon) ikinci, Hindistan (62 milyon) üçüncü, İndoneziya (51 milyon) isə dördüncü yerdə qərarlaşıb.
Ən az “Facebook” istifadəçisi isə 20 nəfər istifadəçisi ilə Vatikandı.

Hazırda “Facebook”un 1 milyardddan çox aktiv istifadəçisi var. Azərbaycanda isə bu sosial şəbəkədə 1 milyona yaxın istifadəçi qeydiyyatdan keçib. Azərbaycanda “Facebook”dan əhalinin 11.53 %-i və ölkənin ümumi internet istifadəçilərinin 22.66 %-i istifadə edir.

 

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər